Edsger Deykstra

Edsger Deykstra
nid. Edsger Wybe Dijkstra
Doğum adı Edsger Wybe Dijkstra[2]
Doğum tarixi 11 may 1930(1930-05-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 avqust 2002(2002-08-06)[1][2][…] (72 yaşında)
Vəfat səbəbi kolorektal xərçəng
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edsger Deykstra (11 may 1930[1][2][…], Rotterdam, Niderland[1]6 avqust 2002[1][2][…]) — hollandiyalı riyaziyyatçı alim, proqramçı və fizik. İnformasiya Texnologiyaları sahəsində çalışan hər bir şəxsin tanımalı olduğu bir şəxsdir, Dijkstra (Daykstra, Deykstra). Çoxları onu məşhur — qrafda təpələr arasında ən qısa yolun tapılması üçün tətbiq olunan "Dijkstra alqoritmi" -nə görə tanıyır.

 "Kompüter elmlərinin" bir elm kimi formalaşmasında bu şəxsin çox böyük rolu olmuşdur. Məhz Dijsktra kompüter elmlərinin ən vacib sahələrinin — kompilyatorların hazırlanması, əməliyyat sistemləri, paylanmış sistemlər, ardıcıl(sequential) və konkurent proqramlaşdırma, proqramlaşdırma metodologiyası, proqram dizaynı, proqram təminatı mühəndisliyi (software engineering) prinsipləri, qraf alqoritmləri, və kompüter elmlərinin və proqramlaşdırmanın fəlsəfi əsasını yaradan bir şəxsdir. Onun yazdığı elmi məqalələrin bir çoxu yeni tədqiqat sahələrinin mənbəsi olmuşdur. 
Kompüter elmlərində bu gün standart kimi qəbul olunmuş bir çox konsepsiyaları və problemlər ilk olaraq məhz Dijkstra tərəfindən qoyulmuşdur. Kompüter proqramlaşdırması 1950–1960-cı illərdə bir elm kimi qəbul olunmurdu, o dövrlərdə fizika elmində olduğu kimi bu sahədə nəzəri konsepsiya və kodlaşdırma sistemi yox idi. Məhz Dijkstra proqramlaşdırmanın bir elm kim qəbul olunmasında rol oynayan əsas şəxslərdən biri olmuşdur.
  1. 1 2 3 4 5 6 7 8 9 10 http://amturing.acm.org/award_winners/dijkstra_1053701.cfm.
  2. 1 2 3 4 5 6 7 8 9 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 https://www.tue.nl/universiteit/alumni/emeriti/album-academicum/.
  4. 1 2 https://awards.acm.org/fellows/award-recipients.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search